AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi klublara xəbərdarlıq edib

AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi klublara xəbərdarlıq edib Maaş limitinə riayət etməyən klublar cəzalandırılacaq
Futbol
25 May , 2015 19:50
AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi klublara xəbərdarlıq edib

Bakı. 25 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2015-2016 mövsümü üçün transfer pəncərəsi iyunun 9-da açılacaq. "Report"un məlumatına görə, həmin tarixdən AFFA İcraiyyə Komitəsinin maaş limiti ilə bağlı martın 6-da qəbul etdiyi qərar qüvvəyə minəcək.

Qərara əsasən, yeni mövsümdən başlayaraq Premyer Liqa klublarında çıxış edən 21 və 23 yaşadək yerli futbolçuların maaşına limit tətbiq olunacaq. 21 yaşadək futbolçuların illik maaşı maksimum 30 min manatadək, 23 yaşadək futbolçuların illik maaşı maksimum 50 min manatadək müəyyənləşdirilib. Azərbaycan milli komandasının heyətində mövsüm ərzində oyunların 50 faizində iştirak edən futbolçuların maaşı klub tərəfindən maksimum 25 faiz artırıla bilər. AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi xəbərdarlıq edir ki, maaş limitinə riayət etməyən klublara aktivindən xalların silinməsi, maliyyə sanksiyası və futbolçunun diskvalifikasiyası kimi cəzalar tətbiq olunacaq.

İcraiyyə Komitəsinin qərarı yeni bağlanan müqavilələr 01.01.1995-ci ildən və 01.01.1993-cü il ildən başlayaraq doğulan futbolçulara şamil olunur. Qərarın icrasına AFFA ciddi nəzarət edəcək. Buna riayət etməyən, formal maaş göstərən, lakin faktiki olaraq limitdən artıq maaş verən klublar müəyyənləşdirilərək cəzalandırılacaq.

Qeyd edək ki, transfer pəncərəsi avqustun 31-də bağlanacaq. Növbəti mövsümdə Premyer Liqaya avqustda start veriləcək. 

Son xəbərlər

Orphus sistemi