AFFA nümayəndəsi: "Gəncədəki oyunun fasiləsində hakimlər briqadasına qarşı nalayiq hərəkətlərə yol verilib"

AFFA nümayəndəsi: "Gəncədəki oyunun fasiləsində hakimlər briqadasına qarşı nalayiq hərəkətlərə yol verilib" "Bunun klub rəsmiləri və ya azarkeşlər tərəfindən edildiyi dəqiq bilinmir"
Futbol
1 Mart , 2017 11:45
AFFA nümayəndəsi: Gəncədəki oyunun fasiləsində hakimlər briqadasına qarşı nalayiq hərəkətlərə yol verilib

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində keçirilən "Kəpəz" - "Qəbələ" matçının fasiləsində soyunub-geyinmə otağına aparan tuneldə görüşü idarə edən hakimlər briqadasına qarşı nalayiq hərəkətlərə yol verilib. Bu barədə "Report"a Gəncədə baş tutan oyunun AFFA nümayəndəsi Nüvər Xasıyev məlumat verib.

N.Xasıyev bildirib ki, hakimlərin özləri ona təzyiqlə üzləşdiklərini deyiblər. Onun sözlərinə görə, hazırda soyunub-geyinmə otağına aparan tuneldə kamerların olub-olmadığı müəyyənləşdirilir: "İndi AFFA-dayam. Oyunun görütülərinə baxacağıq. Matçdan sonra tunelə girməmişdim, buna ixtiyarım yoxdur. Hansısa bir insident baş verməməsi üçün azarkeşlər olan sektorda idim. Tuneldə nə baş verdiyini hakimlərdən soruşdum. Onlar da bildirdilər ki, hakimlər briqadasına qarşı nalayiq hərəkət olub. Lakin bunun klub rəsmiləri və ya azarkeşlər tərəfindən edildiyi dəqiq bilinmir. Bunu araşdırırıq. Soyunub-geyinmə otağına aparan tuneldə kameraların olub-olmadığına baxacağıq".

Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" matçı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Görüşün baş hakimi Əliyar Ağayev 38-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Nicat Qurbanovla qonaq komandanın oyunçusu Nika Kvekveskiriyə qırmızı vərəqə göstərib. 

Son xəbərlər

Orphus sistemi