AFFA Azərbaycan yığmasının futbolçusunun müalicəsinə dəstək olacaq

AFFA Azərbaycan yığmasının futbolçusunun müalicəsinə dəstək olacaq Bakı. 23 fevral. REPORT.AZ/ AFFA səhhətində problemlər aşkarlanan Azərbaycanın 19 yaşadək qızlardan ibarət milli komandasının futbolçusu Nino Qurgenidzenin müalicəsinə dəstək olacaq.
Futbol
23 Fevral , 2019 18:08
AFFA Azərbaycan yığmasının futbolçusunun müalicəsinə dəstək olacaq

Bakı. 23 fevral. REPORT.AZ/ AFFA səhhətində problemlər aşkarlanan Azərbaycanın 19 yaşadək qızlardan ibarət milli komandasının futbolçusu Nino Qurgenidzenin müalicəsinə dəstək olacaq.

Bu barədə "Report"a milli assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib. Onun sözlərinə görə, Gürcüstanın "Martve" (Kutaisi) klubunun üzvü olan yarımmüdafiəçinin müayinəsinin nəticələri AFFA-ya bu həftə daxil olub: "Bundan sonra futbolçunun ailəsi ilə əlaqə saxlamağa çalışmışıq. Lakin Qurgenidzenin valideynləri yalnız gürcü dilində bilirlər. Buna görə onun çıxış etdiyi "Martve" klubunun baş məşqçisi Poto Duqraşvili vasitəsilə onlara izah etmişik ki, bank rekvizitlərini göndərsinlər, müalicə üçün köməklik göstərək".

Qurgenidze son olaraq, Azərbaycanın U-19 yığmasında 2018-ci ilin 3 - 9 oktyabrında Türkiyədə Avropa çempionatının seçmə oyunlarında meydana çıxıb. Həmin görüşlərdə Türkiyəyə 0:2, İsveçrəyə 0:3 hesabı ilə uduzan milli komanda son qarşılaşmasında Kiprə qalib gəlib - 2:1. Həmin matçda Azərbaycan yığmasının ikinci qolunu məhz Qurgenidze vurub.

Xəstəliyi üzə çıxdıqdan sonra o, Türkiyədə müayinədən keçib və hazırda müalicəsini Gürcüstanda davam etdirir.

Qeyd edək ki, Nino Qurgenidze 2016-cı ildən Azərbaycanın aşağı yaşlılardan ibarət yığmalarına dəvət alır. O, əvvəlcə U-17, daha sonra U-19 millisində forma geyinib.

Son xəbərlər

Orphus sistemi