AFFA-nın tərkibindəki federasiyalar və üzvlərə ayrılan vəsaitin həcmi müəyyənləşib

AFFA-nın tərkibindəki federasiyalar və üzvlərə ayrılan vəsaitin həcmi müəyyənləşib Ən çox vəsait Futzal Federasiyasına ayrılıb
Futbol
7 Mart , 2018 10:54
AFFA-nın tərkibindəki federasiyalar və üzvlərə ayrılan vəsaitin həcmi müəyyənləşib

Bakı. 7 mart. REPORT.AZ/ Ötən ildə AFFA-nın tərkibində olan federasiyalar və üzvlərə ayrılan vəsaitin həcmi 849 min 733 manat təşkil edib. 

"Report"un məlumatına görə, bu barədə AFFA-nın Maliyyə və Mühasibat Departamentinin 2017-ci il üzrə Hesabatında qeyd olunub. Vəsait bu qayda ilə bölünüb:

AFFA-nın ayırdığı vəsait (manatla)

Futzal Federasiyası - 210,500.00

Futbol Veteranları İttifaqı - 178,693.00

Regional Futbol Federasiyası - 135,544.00

Uşaq və Gənclər Federasiyası – 100,000.00

Çimərlik Futbol Federasiyası - 92,150.00

Əlillər Futbol Federasiyası - 77,146.00

Peşəkar Futbol Liqası - 25,500.00

İctimai Futbol Federasiyası - 19,2900.00

Tələbə Futbol Federasiyası - 11,000.00

Qeyd edək ki, 2017-ci ildə digər sponsorlardan ödənilən 363 min 440 min manat maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə Azərbaycan Futzal Federasiyasına köçürülüb.

Son xəbərlər

Orphus sistemi