AFFA-nın prezidenti: "Avro-2020-nin seçmə mərhələsində maraqlı oyunların şahidi olacağımıza əminəm"

AFFA-nın prezidenti: "Avro-2020-nin seçmə mərhələsində maraqlı oyunların şahidi olacağımıza əminəm" Bakı. 2 dekabr. REPORT.AZ/ İlk növbədə onu demək olar ki, qrupumuzdakı komandaların hər biri ilə müəyyən tanışlığımız var.
Futbol
2 Dekabr , 2018 18:09
AFFA-nın prezidenti: Avro-2020-nin seçmə mərhələsində maraqlı oyunların şahidi olacağımıza əminəm

Bakı. 2 dekabr. REPORT.AZ/ "İlk növbədə onu demək olar ki, qrupumuzdakı komandaların hər biri ilə müəyyən tanışlığımız var.

"Report" xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun saytına açıqlamasında 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatması ilə bağlı danışarkən deyib.

Federasiya rəhbəri Azərbaycan millisinin müxtəlif illərdə həm dünya çempionatının, həm də Avropa çempionatının seçmə mərhələsində bu komandalarla qarşılaşdığını söyləyib:

"Bununla belə, futbol dinamik, inkişafda olan idman növüdür. Təbii ki, hər bir milli komandanın da oyununda zaman-zaman dəyişikliklərin, yeniliklərin şahidi oluruq. AVRO-2020-nin seçmə mərhələsində maraqlı oyunların şahidi olacağımıza əminəm. Millimizə həmin oyunlarda uğurlar, qələbə sevinci arzu edirəm. Avro-2020 bizim üçün təşkilati baxımdan da əlamətdar turnirdir. Final mərhələsinin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu baxımdan, Azərbaycan futbol ailəsinin hər bir üzvünə qarşıdakı müddətdə uğurlar arzulayıram”.

Azərbaycan millisi E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstanla mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi