AFFA-nın növbəti Hesabat Konfransı və İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlanıb

AFFA-nın növbəti Hesabat Konfransı və İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlanıb Konfransın gündəliyi müəyyənləşib
Futbol
6 Fevral , 2018 10:10
AFFA-nın növbəti Hesabat Konfransı və İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlanıb

Bakı. 6 fevral. REPORT.AZ/ Martın 7-də, “Bulvar otel”də AFFA-nın növbəti Hesabat Konfransı, Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.

"Report"un məlumatına görə, hər iki toplantı AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən gerçəkləşəcək. 

Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

- Prezident tərəfindən salamlama

- Yığıncağın tərkibinin yoxlanılması

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması

- Maliyyə hesabatının təsdiq olunması

- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq

- Növbəti ilin büdcəsinin təsdiq olunması

- Hər hansı vakant vəzifəyə seçkilər

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması

- Digər məsələlər

Qeyd edək ki, saat 10:00-da başlanacaq Konfransa giriş dəvətnamə ilə olacaq.

Son xəbərlər

Orphus sistemi