Yuxarı
    Bağlamaq

    AFFA-nın Lisenziyalaşdırma Qrupunun əməkdaşları UEFA-da görüş keçirəcək

    Görüş UEFA-nın dəvəti əsasında baş tutacaq

    Bakı. 9 avqust. REPORT.AZ/ Avqustun 11-də İsveçrənin Nyon şəhərində AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov və baş maliyyə eksperti Bəhram Dadaşov UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin əməkdaşları ilə görüşdə iştirak edəcəklər. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş UEFA-nın dəvəti əsasında baş tutacaq.

    Müzakirə mövzuları 2015-ci maliyyə ilində Azərbaycan futbol klublarının göstəriciləri və müqayisəli təhlil, klublar tərəfindən hazırlanmış hesabatlarda UEFA tərəfindən aşkar olunmuş çatışmazlıqlar və bu çatışmaqzlıqların gələcəkdə aradan qaldırılma yolları, 2016-cı il üzrə maliyyə hesabatların hazırlanması ilə bağlı UEFA-nın tövsiyə və tələbləri, UEFA Maliyyə Fair Play IT proqramı ilə bağlı yeniliklərin müzakirə olunması, növbəti mövsüm çərçivəsində keçiriləcək tədbirlərin müzakirəsi və digər məsələlər olacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi