​AFFA-nın əməkdaşları "Ana harayı" abidəsini ziyarət edib

​AFFA-nın əməkdaşları "Ana harayı" abidəsini ziyarət edib Anım mərasimində 15 yaşadək qızlardan ibarət milli komanda da iştirak edib
Futbol
26 Fevral , 2015 17:42
​AFFA-nın əməkdaşları Ana harayı abidəsini ziyarət edib

Bakı. 26 fevral. REPORT.AZ/ Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar bu gün AFFA-nın əməkdaşları Xətai rayonu ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət edib. 

"Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, 15 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvləri də anım mərasimində iştirak edib.

Onlar Xətai rayonu ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi