Antalya. 24 fevral. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov Türkiyənin Antalya şəhərinə gəlib. "Report"un Antalyada olan əməkdaşının verdiyi məlumata görə, federasiya rəsmisi hazırda Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığmasının Belarusun U-17 yığması ilə keçirdiyi yoxlama matçını izləyir.
E.Məmmədov stadiona "Sumqayıt" klubunun prezidenti Kamran Quliyevlə gəlib.
Qeyd edək ki, onun bu axşam Azərbaycanın əsas yığmasının Ukrayna "Şaxtyor"u ilə yoldaşlıq görüşündə də iştirakı nəzərdə tutulub.