AFFA-nın baş katibi və Azərbaycan milli komandasının baş məşqçisi futbolçularla görüşüb

AFFA-nın baş katibi və Azərbaycan milli komandasının baş məşqçisi futbolçularla görüşüb Bakı. 19 mart. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb.
Futbol
19 Mart , 2018 18:55
AFFA-nın baş katibi və Azərbaycan milli komandasının baş məşqçisi futbolçularla görüşüb

Bakı. 19 mart. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki şəxs Milli Komandaların Məşq Mərkəzində keçirilən görüşdə Avropa çempionatının seçmə mərhələsinin qarşıdakı oyunlarında yığmamıza uğurlar arzulayıblar.

Xatırladaq ki, U-21 yığmamız Avropa çempionatının seçmə mərhələsində iki ardıcıl səfər oyunu keçirəcək. Futbolçularımız martın 22-də Kosovo, martın 27-də isə İrlandiya yığması ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi