AFFA-nın baş katibi UEFA-nın iclasında iştirak edir

AFFA-nın baş katibi UEFA-nın iclasında iştirak edir İclas işini fevralın 3-də yekunlaşdıracaq
Futbol
1 Fevral , 2016 17:39
AFFA-nın baş katibi UEFA-nın iclasında iştirak edir

Bakı. 1 fevral. REPORT.AZ/ Bu gün Fransanın paytaxtı Parisdə UEFA-nın İdarəetmə və Audit Komitəsinin iclası işə başlayıb. "Report"un məlumatına görə, üç gün davam edəcək iclasa AFFA-nın baş katibi və komitə üzvü Elxan Məmmədov da qatılıb. 

Toplantıda AVRO-2016-nın təşkilati məsələlərinin auditi ilə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, İdarəetmə və Audit Komitəsinin digər üzvləri Avstriya və Finlandiya futbol federasiyalarını təmsil edir.

Son xəbərlər

Orphus sistemi