AFFA-nın baş katibi UEFA-da İdarə Heyətinə üzv seçilib

AFFA-nın baş katibi UEFA-da İdarə Heyətinə üzv seçilib Elxan Məmmədov UEFA-nın Uşaq Fondunun İdarə Heyətində yer alacaq
Futbol
6 İyul , 2017 11:23
AFFA-nın baş katibi UEFA-da İdarə Heyətinə üzv seçilib

Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov UEFA-nın Uşaq Fondunun (UEFA Foundation for children) İdarə Heyətinə üzv seçilib.

“Report”un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Avropa Komissiyasının sabiq prezidenti Joze Manuel Barrozonun rəhbərlik etdiyi UEFA-nın Uşaq Fondu uşaqların sağlam həyat tərzinə yönləndirilməsi, uşaq futbolu və digər çoxsaylı layihələr həyata keçirir.

Qeyd edək ki, fond 2015-ci il aprelin 24-də fəaliyyətə başlayıb.

Son xəbərlər

Orphus sistemi