AFFA-nın baş katibi Məşqçilər Komitəsinin üzvləri ilə görüşüb

AFFA-nın baş katibi Məşqçilər Komitəsinin üzvləri ilə görüşüb Görüşdə texniki direktor Bernhard Lippert də iştirak edib
Futbol
22 Avqust , 2016 15:35
AFFA-nın baş katibi Məşqçilər Komitəsinin üzvləri ilə görüşüb

Bakı. 22 avqust. REPORT.AZ/ Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Məşqçilər Komitəsinin üzvləri və texniki direktor Bernhard Lippertlə görüşüb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşün əsas müzakirə mövzusu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması olub.

Yığmanın Qazaxıstanda təşkil olunmuş "Prezident kuboku" turnirində çıxışı barədə ətraflı müzakirə aparılıb. İclasda Komandanın qarşıdakı yarışlarda daha yaxşı nəticələr göstərməsi üçün müvafiq təklif və tövsiyələr səsləndirilib.

Qeyd edək ki, Azərbaycan millisi "Prezident kuboku"nda 5-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi