​AFFA-da Azərbaycan yığmasının Avropa çempionatındakı çıxışı müzakirə olunub

​AFFA-da Azərbaycan yığmasının Avropa çempionatındakı çıxışı müzakirə olunub Görüşdə əsas millinin baş məşqçisi Robert Prosineçki də iştirak edib
Futbol
13 May , 2016 13:12
​AFFA-da Azərbaycan yığmasının Avropa çempionatındakı çıxışı müzakirə olunub

Bakı. 13 may. REPORT.AZ/ Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Məşqçilər Komitəsi ilə görüşüb. "Report"un məlumatına görə, görüşdə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki və texniki direktor Bernhard Lippert də iştirak edib.

Tədbirdə 1998, 1999, 2000 və 2001-ci il təvəllüdlü futbolçuların perspektivi, inkişaf prosesinin düzgün istiqamətləndirilməsi barədə fikir mübadiləsi aparılıb. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatındakı çıxışı müzakirə olunub.

Görüş iştirakçıları yığmanın qarşısına qoyulan məqsədin əldə olunmamasına baxmayaraq, qrup mərhələsinin son iki oyununda qazanılmış nəticənin qənaətbəxş olduğunu bildiriblər.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında qrup mərhələsini 4 xalla 3-cü pillədə başa vurub.

Son xəbərlər

Orphus sistemi