AFFA-nın baş katibi FİFA prezidenti seçkisində səs verib

AFFA-nın baş katibi FİFA prezidenti seçkisində səs verib Elxan Məmmədov seçimini edib
Futbol
26 Fevral , 2016 17:20
AFFA-nın baş katibi FİFA prezidenti seçkisində səs verib

Bakı. 26 fevral. REPORT.AZ/ İsveçrənin Sürix şəhərindəki FİFA-nın Növbədənkənar Konqresi çərçivəsində qurumun prezidenti vəzifəsinə səsvermə başlayıb. "Report"un məlumatına görə, AFFA adından baş katib Elxan Məmmədov səs verib. 

Daha öncə milli assosiasiya seçkidə namizədlərdən UEFA-nın baş katibi Canni İnfantinonu dəstəkləyəcəyini açıqlayıb. Digər namizədlər isə İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, Asiya Futbol Konfederasiyasının (AFK) prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə, FİFA-nın baş katibinin sabiq köməkçisi Jerom Şampandır. Cənubi Afrika Respublikasından olan iş adamı Tokyo Seksvale isə namizədliyini geri götürüb.

Qeyd edək ki, Konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayevlə vitse-prezident Elşad Nəsirov da iştirak edir. 

Son xəbərlər

Orphus sistemi