Bakı. 30 mart. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov Belarusun paytaxtı Minskdə FIFA-nın təşkilatçılığı ilə milli assosiasiyaların baş katibləri və inkişaf menecerləri üçün seminara qatılıb.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, seminarda Belarus, Bolqarıstan, Estoniya, Ermənistan, Finlandiya, Gürcüstan, Qazaxıstan, Latviya, Litva, Moldova, Polşa, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukrayna futbol federasiyalarının nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, tədbir martın 31-dək davam edəcək.