AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Səbail”in şikayətini rədd edib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Səbail”in şikayətini rədd edib Bakı. 11 dekabr. REPORT.AZ/ AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Səbail” klubunun futbolçusu Eltun Yaqublu barədə şikayətini rədd edib.
Futbol
11 Dekabr , 2018 17:55
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Səbail”in şikayətini rədd edib

Bakı. 11 dekabr. REPORT.AZ/ AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Səbail” klubunun futbolçusu Eltun Yaqublu barədə şikayətini rədd edib.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qurum AFFA İntizam Komitəsinin 27 noyabr 2018-ci il il tarixli qərarını qüvvədə saxlayıb.

Azərbaycan Premyer Liqasının XII turunun "Neftçi” ilə ev oyunu başa çatdıqdan sonra "Səbail”in protokolda adı olmayan futbolçusu Eltun Yaqublu hakimi təhqir edib. İntizam Komitəsi onun 4 oyun cəzalanması, klubun 3200 manat cərimə olunmasına dair qərar çıxarıb. 

Qeyd edək ki, "Səbail” - "Neftçi” oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi