AFFA nəzdində Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb - ƏLAVƏ OLUNUB

AFFA nəzdində Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb - ƏLAVƏ OLUNUB Elxan Məmmədov prezentasiya ilə çıxış edib
Futbol
3 Noyabr , 2017 13:43
AFFA nəzdində Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb - ƏLAVƏ OLUNUB
Report/ Firi Salim

Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası start götürüb.

“Report”un məlumatına görə, toplantı Bakı Olimpiya Stadionunda keçirilir.

İclasda AFFA prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, vitse-prezidenti Elşad Nəsirov, üzvlərdən AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, təhsil nazirinin müavini Firudin Qurbanov, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, Futzal Federasiyasında Mahir Məmmədov, Sahə Futbol Federasiyasından Zaur Axundov, veteran futbolçular Kazbek Tuayev və İskəndər Cavadov iştirak edirlər. Yalnız xarici işlər naziri Elmar Məmmədyarov toplantıya qatılmayıb. 

İclasda eyni zamanda AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və digər rəsmi şəxslər yer alıblar. 

Gündəliyə 3 məsələ daxil edilib:

1. Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi

2. AVRO-2020-nin final mərhələsinə vəsiqə uğrunda komandaların keçməli olduğu yol barədə prezentasiya

3. Digər məsələlər

Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. Qurban Qurbanov Azərbaycan milli komandasının baş məşqçisi təyin olunsun. O, milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqavilə müddətinin başa çatmasından dərhal sonra başlasın. Q.Qurbanov, eyni zamanda, “Qarabağ” klubunun baş məşqçisi vəzifəsində fəaliyyətini davam etdirsin.

2. AFFA-nın nəzdində Reabilitasiya Mərkəzinin fəaliyyətə başlaması təsdiq olunusun.

İclasda baş katib Elxan Məmmədov Avro-2020-nin final mərhələsinə vəsiqə uğrunda milli komandaların keçməli olduğu yol barədə, Azərbaycan milli komandalarının baş həkimi Vyaçeslav Xomenko isə AFFA-nın nəzdində Reabilitasiya Mərkəzi barədə prezentasiyaları təqdim ediblər.

Son xəbərlər

Orphus sistemi