Yuxarı

​AFFA "Neftçi"ni cəzalandırıb

Paytaxt klubu 2000 manat cərimələnib

Bakı. 17 fevral. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi "Neftçi" klubunu cəzalandırıb. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, buna Premyer Liqanın XXII turunda "Qəbələ" ilə oyun zamanı baş verənlər səbəb olub.

Qarşılaşma vaxtı 4 futbolçusu sarı vərəqə aldığı üçün flaqmana 1000 manat cərimə kəsilib. Bundan başqa, oyunun 52-ci dəqiqəsində qonaq azarkeşlər tərəfindən pirotexniki vasitələrdən istifadə edilib. Bu səbəbdən klub daha 1000 manat ziyana düşüb. 

Qeyd edək ki, "Qəbələ" - "Neftçi" qarşılaşması 1:3 hesabı ilə başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi