​AFFA "Neftçi" və AZAL klublarını cəzalandırıb

​AFFA "Neftçi" və AZAL klublarını cəzalandırıb İntizam Komitəsinin iclasında "Neftçi"yə 1500 manat cərimə kəsilib
Futbol
10 Fevral , 2015 13:35
​AFFA Neftçi və AZAL klublarını cəzalandırıb

Bakı. 10 fevral. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi "Neftçi" klubunu 1500 manat cərimələyib. "Report"un məlumatına görə, buna paytaxt klubunun həm əsas, həm də əvəzedici komandasının 4 futbolçusunun Zaqatala "Simurq"u ilə görüşlərdə sarı vərəqə alması səbəb olub. 

Əsas heyət futbolçuları klubu 1000 manat, əvəzedicilər isə 500 manat ziyana salıb.

İntizam Komitəsi paytaxtın AZAL klubunu da cəzasız qoymayıb. "Qəbələ" ilə oyunun 78-ci dəqiqəsində "təyyarəçilər"in futbolçusu Viktor İqbekoyi idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə 200 manat cərimə olunub. İqbekoyi fevralın 11-də "Qarabağ"la oyunu buraxmalı olacaq. 

Son xəbərlər

Orphus sistemi