​AFFA Namiq Ələsgərovun bütün müalicə xərclərini öz üzərinə götürüb

​AFFA Namiq Ələsgərovun bütün müalicə xərclərini öz üzərinə götürüb "Futbolçu yığmanın düşərgəsində zədə aldığından, onun müalicəsi üçün lazım olan xərcləri də biz ödəyəcəyik"
Futbol
29 Mart , 2015 18:50
​AFFA Namiq Ələsgərovun bütün müalicə xərclərini öz üzərinə götürüb

Bakı. 29 mart. REPORT.AZ/ AFFA Azərbaycan milli komandasının Malta yığması ilə AVRO-2016-nın seçmə qrup mərhələsi çərçivəsində keçirdiyi oyunda zədələnən futbolçu Namiq Ələsgərovun bütün müalicə xərclərini öz üzərinə götürüb.

Bu barədə "Report"a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.

Onun sözlərinə görə, 6 ayadək müddətə sıradan çıxan "Qarabağ" klubunun 19 yaşlı yarımmüdafiəçisinin əməliyyat və digər xərclərini federasiya çəkəcək: "Namiq Ələsgərov yığmanın düşərgəsində olarkən zədə alıb. Bu səbəbdən onun müalicəsi üçün lazım olan xərcləri də biz ödəyəcəyik".

Qeyd edək ki, Namiq Ələsgərov Azərbaycan-Malta qarşılaşmasının 22-ci dəqiqəsində rəqib futbolçu ilə mübarizədə xəsarət alaraq, meydanı vaxtından əvvəl tərk etməli olub. Bu gün aparılan MR müayinəsindən sonra onun ön çarpaz bağlarının sıradan çıxdığı məlum olub. 

Son xəbərlər

Orphus sistemi