Yuxarı

​AFFA-nın prezidenti milli komandanın üzvləri ilə görüş

Abdullayev sentyabrın 9-da futbol üzrə “Avro-2016”nın seçmə mərhələsində ilk oyununu keçirəcək millimizə uğurlar arzulayıb

Bakı. 6 sentyabr. REPORT.AZ / AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun Futbol Akademiyasında Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirib.

Report xəbər verir ki, Rövnəq Abdullayev sentyabrın 9-da futbol üzrə “Avro-2016”nın seçmə mərhələsində ilk oyununu keçirəcək millimizə uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.Xatırladaq ki, sentyabrın 9-da “Bakcell Arena”da Bolqarıstan yığması ilə “Avro-2016”nın seçmə oyununu keçirəcək Azərbaycan millisi sentyabrın 5-dən etibarən Bakıda təlim-məşq toplanışındadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi