​AFFA Azərbaycan millisinin daha bir futbolçusunu Almaniyaya müalicəyə göndərir

​AFFA Azərbaycan millisinin daha bir futbolçusunu Almaniyaya müalicəyə göndərir Rauf Əliyevin müalicə xərclərini federasiya ödəyəcək
Futbol
16 Oktyabr , 2015 14:12
​AFFA Azərbaycan millisinin daha bir futbolçusunu Almaniyaya müalicəyə göndərir

Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycan millisinin və "İnter" klubunun futbolçusu Rauf Əliyev Almaniyada əməliyyat olunacaq. "Report"un məlumatına görə, 26 yaşlı hücumçunun müalicə xərcləri AFFA tərəfindən qarşılanacaq.

Əliyev Azərbaycan Premyer Liqasının IV turunda "Qəbələ" ilə oyunun 76-cı dəqiqəsində zədələnərək əvəzlənib. İlkin müayinə nəticəsində onun xaçabənzər bağlarında qırıq aşkarlanıb. Millinin düşərgəsində millinin düşərgəsində zədələnməsə də, təcrübəli forvardın müalicəsini AFFA öz hesabına həyata keçirməyi qərara alıb. 

Qeyd edək ki, daha öncə yığmanın Malta ilə AVRO-2016-nın seçmə qrup matçında zədələnən "Qarabağ"ın yarımmüdafiəçisi Namiq Ələsgərovu və 21 yaşadək futbolçulardan ibarət yığmada ikən Ağdam komandası ilə yoldaşlıq oyunu zamanı xəsarət alan "Neftçi"nin müdafiəçisi Məqsəd İsayevin müalicə xərclərini AFFA ödəyib. 

Son xəbərlər

Orphus sistemi