AFFA Məşqçilər Komitəsinin üzvləri Azərbaycan klublarının Avropa Liqasındakı oyunlarını izləyəcək

AFFA Məşqçilər Komitəsinin üzvləri Azərbaycan klublarının Avropa Liqasındakı oyunlarını izləyəcək Şakir Qəribov "Qəbələ"nin, Böyükağa Hacıyev "İnter"in səfər matçına yollanacaq
Futbol
14 İyul , 2015 11:25
AFFA Məşqçilər Komitəsinin üzvləri Azərbaycan klublarının Avropa Liqasındakı oyunlarını izləyəcək

Bakı. 14 iyul. REPORT.AZ/ AFFA Məşqçilər Komitəsinin üzvləri UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycan klublarının keçirəcəkləri oyunları izləyəcəklər. "Report"un məlumatına görə, Şakir Qəribov "Qəbələ"nin “Çukariçki” ilə görüşünü izləmək üçün Serbiyanın paytaxtı Belqrada yollanacaq. 

Böyükağa Hacıyev isə İslandiyada "Hafnarfyördur"la qarşılaşacaq "İnter"lə birgə səfərə çıxacaq. Hər iki matç iyulun 16-da keçiriləcək. 

Qeyd edək ki, Azərbaycan təmsilçilərinin səfər qarşılaşmalarını milli komandanın məşqçiləri də izləyəcək. Baş məşqçi Robert Prosineçkinin göstərişi ilə Mahmud Qurbanov İslandiyaya, Draqan Spaşiç isə Serbiyaya gedəcək. 

Son xəbərlər

Orphus sistemi