AFFA Kütləvi Futbol Həftəsi festivalı keçirəcək

AFFA Kütləvi Futbol Həftəsi festivalı keçirəcək Layihə Bakıda və Gəncədə həyata keçiriləcək
Futbol
13 Sentyabr , 2017 17:36
AFFA Kütləvi Futbol Həftəsi festivalı keçirəcək

Bakı. 13 sentyabr. REPORT.AZ/ AFFA tərəfindən 6 - 13 yaşlı uşaqlar üçün Kütləvi Futbol Həftəsi festivalı keçiriləcək. 

"Report"un məlumatına görə, ilk tədbir sentyabrın 26-da Təhsil Respublika İdman Mərkəzinin Gəncə şəhərindəki filialında olacaq. Sentyabrın 30-da isə uşaqlar Bakıdakı Heydər Əliyev Mərkəzində bir araya gələcəklər.  

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. 

Son xəbərlər

Orphus sistemi