Yuxarı

AFFA Klublar Komitəsinə yeni sədr seçilib

Bakı. 22 fevral. REPORT.AZ/ AFFA Klublar Komitəsinin yeni sədri müəyyənləşib.

"Report"un məlumatına görə, bu, "Sumqayıt"ın prezidenti Riad Rəfiyevdir. O, 8 klub nümayəndəsi arasındakı səsvermədə 3 səs toplayıb. "Keşlə" və "Qarabağ"a hərəyə 2, "Səbail"ə 1 səs verilib. 

Növbəti iclas martın 12-də olacaq. 

Qeyd edək ki, Klublar Komitəsinin əvvəlki sədri "Neftçi"nin prezidenti Kamran Quliyev olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi