AFFA Klublar Komitəsinin iclası işə başlayıb

AFFA Klublar Komitəsinin iclası işə başlayıb Toplantıda bütün klublar təmsil olunur
Futbol
5 İyun , 2015 11:14
AFFA Klublar Komitəsinin iclası işə başlayıb

Bakı. 5 iyun. REPORT.AZ/ Bakıdakı "Hilton" hotelində AFFA Klublar Komitəsinin 2014-2015 mövsümündə son iclası işə başlayıb. "Report"un məlumatına görə, "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirovun sədrlik etdiyi iclasda 9 klubun hamısı təmsil olunur.

T.Nadirovdan əlavə, müzakirələrə Fariz Nəcəfov ("Qəbələ"), Georgi Nikolov ("İnter"), Yaşar Seyidov ("Bakı"), Kamran İsmayılov ("Simurq"), İlkin Qasımov və Eldəniz Yusifov (hər ikisi AZAL), Elnur Məmmədov ("Neftçi"), Emrah Çelikel və Asif Əsgərov ("Qarabağ"), eləcə də Kamran Quliyev ("Sumqayıt") qatılıb.

İclas qapalı formatda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi