Yuxarı

AFFA Klublar Komitəsinin növbəti iclası işə başlayıb

İclasda 6 məsələ müzakirə olunacaq

Bakı. 19 aprel. REPORT.AZ/ AFFA Klublar Komitəsinin (KK) növbəti iclası işə başlayıb. "Report"un məlumatına görə, "Boulevard Hotel"də keçirilən tədbirə Azərbaycan Premyer Liqasında çıxış edən 10 klubun hamısı qatılıb.

AZAL-ı eyni zamanda KK sədri olan Fikrət Hüseynov, "Qarabağ"ı Asif Əsgərov, "Zirə"ni Vüqar Astanov, "İnter"i Rəşad Qasımov, "Kəpəz"i Mikayıl Nərimanoğlu, "Qəbələ"ni Səbuhi Səfiyarlı, "Neftçi"ni Elnur Məmmədov, "Sumqayıt"ı Kamran Quliyev, "Xəzər Lənkəran"ı Tuyqun Nadirov, "Rəvan"ı İlqar Axundov təmsil edir.

Toplantıya AFFA-nın baş katibi Elxan Məmmədov da qatılıb.

AFFA Media Komitəsinin üzvləri də iclasa gəlib.

İclasda 6 məsələ müzakirə olunacaq: Media Komitəsinin üzvləri ilə görüş, Klublar Komitəsinin İcraiyyə Komitəsində qəbul olunmayan təklifləri ilə bağlı müzakirə, 17 yaşadək futbolçular arasında Avropa çempionatına klubların dəstəyi, Avrokuboklara hazırlıq işləri, Superkubok oyunu və digər məsələlər. 

Bu, KK-nın 2016-cı ildə üçüncü iclasıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi