Fikrət Hüseynov AFFA Klublar Komitəsinə yenidən sədr seçilməsinə etiraz etmir

Fikrət Hüseynov AFFA Klublar Komitəsinə yenidən sədr seçilməsinə etiraz etmir İclas kubok oyunundan sonra olacaq
Futbol
16 Dekabr , 2016 13:21
Fikrət Hüseynov AFFA Klublar Komitəsinə yenidən sədr seçilməsinə etiraz etmir

Bakı. 16 dekabr. REPORT.AZ/ AFFA Klublar Komitəsi cari ildə son dəfə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin dekabrın 21-də keçiriləcək cavab oyunlarından sonra bir araya gələcək. Bu barədə "Report"a Komitə sədri Fikrət Hüseynov məlumat verib.

F.Hüseynov bildirib ki, həmin iclasda Komitəyə yeni sədr seçkisi keçiriləcək. O, yenidən sədr seçilməsinin klub rəhbərlərinin qərarından asılı olacağını söyləyib: "Ötən bir ildə müəyyən qərarların qəbuluna nail olduq. Mənim üçün kimin sədr seçilməyinin fərqi yoxdur. Fəaliyyətimiz dövründə legioner limiti, rüsumunu, cərimə məbləğinin azaldılması üçün AFFA İcraiyyə Komitəsi qarşısında məsələ qaldırdıq və bunlar həllini tapdı".

Qeyd edək ki, Klublar Komitəsinin ötən iclası noyabrın 16-da keçirilib. Komitənin ilk sədri "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov olub. O, bir illik sədrlikdən sonra yerini Fikrət Hüseynova verib.

Son xəbərlər

Orphus sistemi