AFFA Klublar Komitəsinə yeni seçkinin vaxtı açıqlanıb

AFFA Klublar Komitəsinə yeni seçkinin vaxtı açıqlanıb İclas "Boulevard Hotel"də olacaq
Futbol
22 Dekabr , 2015 12:59
AFFA Klublar Komitəsinə yeni seçkinin vaxtı açıqlanıb

Bakı. 22 dekabr. REPORT.AZ/ AFFA Klublar Komitəsinin (KK) 2015-ci ildə son iclasının vaxtı və yeri açıqlanıb. "Report"un məlumatına görə, tədbir dekabrın 24-də “Boulevard Hotel Baku” hotelində baş tutacaq.

Saat 11:00-da başlanacaq iclasın gündəliyindəki əsas məsələ KK-ya yeni sədr seçkisi olacaq. Hazırda komitəyə "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov rəhbərlik edir. Mövcud əsasnamə onun yenidən seçilməsini qadağan etmir.

Digər məsələlər sırasında mövsümün ilk dövrəsinin təhlili və əksər klubların üzləşdiyi maliyyə böhranından çıxış yollarının da müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, AFFA Klublar Komitəsinin yaradılması barədə qərar 2014-cü il noyabrın 25-də açıqlanıb. 

Son xəbərlər

Orphus sistemi