AFFA Klublar Komitəsi legioner rüsumunun azaldılmasını istəyir

AFFA Klublar Komitəsi legioner rüsumunun azaldılmasını istəyir "Bütün klubların vəziyyəti pisdir deməzdim, amma zəifləyiblər
Futbol
9 İyun , 2016 14:30
AFFA Klublar Komitəsi legioner rüsumunun azaldılmasını istəyir

Bakı. 9 iyun. REPORT.AZ/ "Martda legioner rüsumunun azaldılmasına dair tövsiyə xarakterli qərarımız AFFA İcraiyyə Komitəsində qəbul olunmamışdı. Bu gün isə demək olar ki, müzakirələr bu məsələ ətrafında oldu". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov bugünkü iclasdan sonra jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, az əvvəl yekunlaşan toplantıya Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də dəvət edilib. Klublar adından R.Musayevdən xahiş edirik ki, bu məsələni İcraiyyə Komitəsində bir daha qaldırsın: "Demirik ki, rüsum tam yığışdırılsın. Amma azaldılmalıdır. Ramin Musayevlə bu məsələ İcraiyyə Komitəsinin iclasında müzakirə ediləcək. Legioner rüsumunun 5000 manata endirilməsini təklif etmişik". 

Azərbaycan futbolunun çətin vəziyyətə düşdüyünü deyən F.Hüseynovun sözlərinə görə, artıq hər şey göz qabağındadır: "Bütün klubların vəziyyəti pisdir deməzdim, amma zəifləyiblər. 3-5 il əvvəl hər şey yaxşı idi. Legioner rüsumu ilə bağlı heç bir problem olmurdu. Ancaq indi hər şey göz qabağındadır". 

Bugünkü iclas Premyer Liqanı tərk edən "Rəvan" və "Xəzər Lənkəran" üçün sonuncu olub. KK sədrinin fikrincə, onları toplantıya dəvət etməmək ən azı etik baxımdan düzgün olmazdı: "Bu klubların təkliflərinə qulaq asdıq, müzakirə etdik və onlarla sağollaşdıq". 

Elitada cəmi 8 komandanın qalmasının yaxşı hal olmadığını deyən F.Hüseynov növbəti mövsümə bu qədər klubla başlayacaqları halda, qitədə 4-cü ölkə olacaqlarını xatırladıb. "CBC Sport" telekanalının yayım haqqı olaraq, "Rəvan"ın pulunu ödədiyini deyən KK sədri qalan klubların AFFA-ya olan borcla hesablaşdığını söyləyib. 

Son xəbərlər

Orphus sistemi