Yuxarı

AFFA Klublar Komitəsi Gəncə şəhər stadionunun durumunu müzakirə edəcək

Komitənin bugünkü iclasına PFL prezidenti Ramin Musayev də qatılıb

Bakı. 1 mart. REPORT.AZ/ "Boulevard Hotel Baku"da AFFA Klublar Komitəsinin növbəti iclası işə başlayıb. "Report"un məlumatına görə, toplantının gündəliyinə 4 məsələ daxil edilib. 

1. Gəncə şəhərində "Kəpəz" klublarının ev oyunlarını keçirdiyi stadion barədə müzakirə

2. İcraiyyə Komitəsində müzakirə üçün Klublar Komitəsi tərəfindən irəli sürülən təkliflər (legioner rüsumu və məşq təzminatı)

3. Oyunçuların statusu və transferi haqqında Əsasnamənin müzakirəsi

4. Digər məsələlər

İclasa Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev və qurumun digər rəsmiləri, həmçinin AFFA-nın hüquq və kadr məsələləri şöbəsinin müdiri Rəmiş Malıyev də qatılıb. Klubları isə komitənin sədri Fikrət Hüseynov (AZAL), Fariz Nəcəfov ("Qəbələ"), Mübariz Xudiyev ("Neftçi"), İlqar Axundov ("Rəvan"), Rəşad Qasımov ("İnter"), Elvin İsmixanov ("Xəzər Lənkəran"), Asif Əsgərov ("Qarabağ"), Mikayıl Nərimanoğlu ("Kəpəz"), Vüqar Astanov ("Zirə"), Kamran Quliyev ("Sumqayıt) təmsil edir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi