Yuxarı

AFFA kiberfutbol üzrə Azərbaycan millisinin heyətini formalaşdırmaq üçün turnir keçirəcək

AFFA kiberfutbol üzrə Azərbaycan millisinin heyətini formalaşdırmaq üç

UEFA quruma üzv olan 55 milli assosiasiyanın iştirakı ilə AVRO-2020 kiberfutbol turniri keçirəcək.

“Report” xəbər verir ki, PES 2020 üzrə təşkil ediləcək yarışın formatı futbol üzrə AVRO-2020 ilə eyni olacaq.

Reqlamentə əsasən, hər bir yığma komandanın heyətində 2 – 4 kiberfutbolçu yer alacaq. Milli assosiasiyalar bu ilin noyabr – dekabr aylarında komandalarının heyətlərini müəyyənləşdirməlidirlər. Daha sonra yarışın püşkatması olacaq və yığmalar qruplara bölünəcək.

Hər bir komanda qrupda eyni rəqibə qarşı 2 oyun keçirəcək. Qrup qalibləri və 6 ən yaxşı göstəriciyə malik kollektivlər 9 – 10 iyul 2020-ci ildə, AVRO-2020-nin Böyük Britaniyanın paytaxtı Londondakı “Uembli” stadionunda həlledici oyunu ərəfəsində təşkil ediləcək final mərhələsinə vəsiqə qazanacaqlar.

AFFA-dan “Report”a verilən məlumata görə, Azərbaycan milli komandasının heyətinin formalaşdırılması üçün daxili turnir təşkil olunacaq. Həmin yarışda fərqlənənlər ölkəni AVRO-2020 kiberfutbol turnirində təmsil edəcəklər.

Daxili turnirin tarixi hələ dəqiqləşməyib.

Qeyd edək ki, AVRO-2020 kiberfutbol turnirinin qalibi olan komandanın üzvlərinə pul mükafatı və AVRO-2020-nin final matçı üçün bilet veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi