AFFA "Keşlə"nin legionerini cəzalandırıb

AFFA "Keşlə"nin legionerini cəzalandırıb AFFA İntizam Komitəsi Keşlə klubunun futbolçusu Sezar Meza Kollini cəzalandırıb.
Futbol
28 Avqust , 2019 13:47
AFFA Keşlənin legionerini cəzalandırıb

AFFA İntizam Komitəsi "Keşlə" klubunun futbolçusu Sezar Meza Kollini cəzalandırıb. 

"Report"un məlumatına görə, səbəb paraqvaylı yarımmüdafiəçinin Azərbaycan Premyer Liqasının II turunda “Sabah” komandası ilə səfər matçının 74-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmasıdır. Meza Kolli "Qəbələ" ilə növbəti tur qarşılaşmasını buraxmalı olacaq. Onun klubu isə 200 manat cərimələnib. 

Qeyd edək ki, görüş "Keşlə"nin qələbəsi ilə yekunlaşıb - 1:0. 

Son xəbərlər

Orphus sistemi