AFFA "Kəpəz" və "Neftçi" klublarını azarkeşlərinə görə cərimələyib

AFFA "Kəpəz" və "Neftçi" klublarını azarkeşlərinə görə cərimələyib İntizam Komitəsinin iclası keçirilib
Futbol
17 May , 2016 13:21
AFFA Kəpəz və Neftçi klublarını azarkeşlərinə görə cərimələyib

Bakı. 17 may. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən bəzi klubları cəzalandırıb. "Report"un məlumatına görə, Premyer Liqanın XXXIV turunda "Kəpəz” – "Neftçi” matçının 90-cı dəqiqəsində gəncəlilərin heyətində Tərlan Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Bundan əlavə oyunun 49, 80, və 90-cı dəqiqəsində yerli azarkeşlər tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimələnib. AZAL – "Zirə” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat ziyana düşüb.

XXXV turun "Neftçi” – "İnter” matçının 73-cü dəqiqəsində "ağ-qaralar"ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilib və bu səbəbdən, klub 1000 manat ödəməli olacaq.

"Zirə” – "Kəpəz” matçında meydan sahiblərinin 6 futbolçusu, "Rəvan” – "Qarabağ” matçında ev sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimələnib.

"Rəvan"la oyunun 25-ci dəqiqəsində "Qarabağ”ın futbolçusu Eltun Yaqublu sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

Son xəbərlər

Orphus sistemi