AFFA "Kəpəz" və "Keşlə" klublarını cəzalandırıb

AFFA "Kəpəz" və "Keşlə" klublarını cəzalandırıb Bakı. 12 aprel. REPORT.AZ/ AFFA İntizam Komitəsi Kəpəz və Keşlə klublarını cəzalandırıb.
Futbol
12 Aprel , 2018 14:36
AFFA Kəpəz və Keşlə klublarını cəzalandırıb

Bakı. 12 aprel. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Kəpəz" və "Keşlə" klublarını cəzalandırıb. 

"Report"un məlumatına görə, buna Gəncədə iki komanda arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XXII tur matçında baş verənlər səbəb olub. Oyunun 26-cı dəqiqəsində yerli azarkeşlər meydana kənar əşyalar atdıqları üçün "Kəpəz"ə 1600 manat cərimə kəsilib. 

"Keşlə" isə 6 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat ziyana düşüb. 

Qeyd edək ki, "Kəpəz" - "Keşlə" görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi