Yuxarı

AFFA "Kəpəz"in nümayəndəsinə 10 oyunluq cəza verib

AFFA "Kəpəz"in nümayəndəsinə 10 oyunluq cəza verib

AFFA İntizam Komitəsi "Kəpəz" klubunun rəsmi nümayəndəsi Məhəmməd Məmmədovu 10 oyunluq cəzalandırıb.

"Report"un məlumatına görə, keçmiş futbol hakimi U-13 Liqasında “Azəri TİM” ilə matçın 15-ci dəqiqəsində aqressiv davranışlara görə cəzaya məruz qalıb.

Region Liqasında “Şirvanovka” klubunun futbolçusu Kamil Nurəhmədov "Uğur"la oyunda hakimi təhqir etdiyi üçün 4 oyunluq cəza alıb. Eyni çempionatda çıxış edən "Babək"in oyunçusu Əli Sadıqov "Dübəndi" (Ordubad) ilə görüşdə hakimə qarşı qeyri-etik ifadələrə görə eyni sayda cəzaya məruz qalıb.

Gənclər Liqasında "Qəbələ"dən Əli Mürsəlov "Keşlə" ilə matçda eyni hərəkətləri təkrarlayıb və 4 oyunluq cəzalandırılıb. U-17 liqasında "Tufan"ın iki üzvü - Rəvan Quluzadəİsgəndər Paşalı referini təhqirə görə analoji cəzaya məruz qalıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi