AFFA iki oyunçunu danışılmış oyunlara görə futboldan kənarlaşdırıb

AFFA iki oyunçunu danışılmış oyunlara görə futboldan kənarlaşdırıb Bu gün AFFA İntizam Komitəsinin növbədənkənar iclası keçirilib.
Futbol
21 Oktyabr , 2019 17:14
AFFA iki oyunçunu danışılmış oyunlara görə futboldan kənarlaşdırıb

Bu gün AFFA İntizam Komitəsinin növbədənkənar iclası keçirilib.

"Report" xəbər verir ki, toplantı I Divizionda çıxış edən “Ağsu” klubunun bir neçə görüşündə qeydə alınmış şübhəli məqamlarla əlaqədar təşkil olunub.

AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubun futbolçuları Elçin HəşimovRuslan Mirzalıyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. 

Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq hər iki şəxsin araşdırma başa çatana qədər futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.

AFFA məsələ ilə əlaqədar müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Son xəbərlər

Orphus sistemi