AFFA İraq yığması ilə yoldaşlıq görüşündən imtina etdiklərinə dair xəbərlərə münasibət bildirib

AFFA İraq yığması ilə yoldaşlıq görüşündən imtina etdiklərinə dair xəbərlərə münasibət bildirib Bu məsələyə gələcəkdə baxıla bilər
Futbol
13 Fevral , 2017 12:08
AFFA İraq yığması ilə yoldaşlıq görüşündən imtina etdiklərinə dair xəbərlərə münasibət bildirib

Bakı. 13 fevral. REPORT.AZ/ AFFA Azərbaycan milli komandasının İraq yığması ilə yoldaşlıq görüşündən imtinasına dair xəbərlərə münasibət bildirib.

Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu "Report"a açıqlamasında İraq tərəfdən belə bir təklif aldıqlarını təsdiqləyib. O deyib ki, iraqlılar görüşün martın 16-da Bakıda təşkil olunmasını istəyiblər. Lakin M.Nərimanoğlunun sözlərinə görə, sıx təqvim üzündən cavab müsbət olmayıb: "Biz tərəfdən bildirilib ki, 9 martda Azərbaycan yığmasının səfərdə Qətərlə yoldaşlıq görüşü, 18-19 martda isə Azərbaycan Premyer Liqasında XXIII turun oyunları olacaq. Daha sonra milli komanda Almaniya ilə martın 26-da keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçına hazırlaşacaq".

AFFA rəsmisi İraq tərəfinə əməkdaşlıqla bağlı müsbət cavab verdiklərini də əlavə edib. O, gələcəkdə məsələyə baxılmasının mümkünlüyünü vurğulayıb.

Qeyd edək ki, Azərbaycan millisinin İraqla yoldaşlıq görüşündən imtinasına dair xəbəri İran mətbuatı yazıb.

Son xəbərlər

Orphus sistemi