AFFA İntizam Komitəsinin I Divizion klubuna texniki məğlubiyyət verməsinin təfərrüatı məlum olub

AFFA İntizam Komitəsinin I Divizion klubuna texniki məğlubiyyət verməsinin təfərrüatı məlum olub Bakı. 28 fevral. REPORT.AZ/ AFFA İntizam Komitəsinin Mil-Muğan klubuna texniki məğlubiyyət verməsinin təfərrüatı məlum olub.
Futbol
28 Fevral , 2018 13:57
AFFA İntizam Komitəsinin I Divizion klubuna texniki məğlubiyyət verməsinin təfərrüatı məlum olub

Bakı. 28 fevral. REPORT.AZ/ AFFA İntizam Komitəsinin "Mil-Muğan" klubuna texniki məğlubiyyət verməsinin təfərrüatı məlum olub.

Peşəkar Futbol Liqasından “Report”a verilən məlumata görə, problem I Divizionun XV turunda "Zaqatala” ilə səfər matçının protokolunu dolduran şəxsin səhvi üzündən baş verib. “Mil-Muğan”ın 11 nömrəli futbolçusu Şahin Əliyevin qeydiyyat vərəqəsi görüşü idarə edən hakimlər briqadasına təqdim edilsə də, qonaqlar 23 yaşlı futbolçunun adını oyunun protokolunda qeyd etməyi unudublar.

Əliyev qarşılaşmanın 61-ci dəqiqəsinə komanda yoldaşı Anar Babayevin əvəzinə meydana daxil oluğu üçün İmişli təmsilçisi texniki məğlubiyyətlə üzləşib. Həmçinin “Mil-Muğan” 800 manat cərimə olunub.

Qeyd edək ki, "Zaqatala" - "Mil-Muğan" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Şahin Əliyev ötən mövsüm "Qarabağ"ın heyətində 13 qolla əvəzedicilərin çempionatının bombardiri olub. 

Son xəbərlər

Orphus sistemi