Yuxarı
    Bağlamaq

    AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən 4 klubu eyni məbləğdə cərimələyib

    Neftçi, Xəzər Lənkəran, AZAL və Bakı klubları hərəyə 3000 manat ziyana düşüb

    Bakı. 9 dekabr. REPORT.AZ/ Bu gün AFFA İntizam Komitəsini növbəti iclası keçirilib. "Report"un məlumatına görə, iclasda "Neftçi", "Xəzər Lənkəran", AZAL və "Bakı" klubları hərəyə 3000 manat cərimə olunub. 

     Azərbaycan Kubokunda 1/8 final mərhələsinin “Qaradağ Lökbatan” komandası ilə matçın 68-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Caue da Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub. Bundan başqa "Qarabağ"la Topaz Premyer Liqasının XV tur qarşılaşmasında "Neftçi" azarkeşləri pirotexniki vasitələrdən istifadə ediblər. Nəticədə klub daha 1000 manat cərimələnib. 

    “Xəzər Lənkəran"a gəldikdə, "Qəbələ" ilə Premyer Liqa qarşılaşmasının 58 və 82-ci dəqiqələrində azarkeşləri tərəfindən meydançaya kənar əşya atılması səbəbindən 2000 manat, 4 futbolçusunun sarı vərəqə ilə cəzalanması üzündən isə 1000 manat cərimə kəsilib. 

    Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Neftçala” – AZAL matçında isə meydan sahiblərindən Elvin Adışirinli, qonaq komandadan Xuan Fransisko kobud oyuna görə birbaşa qırmızı vərəqə alıblar. Onların hərəsi 2 oyunlu cəzaya məruz qalıb. Eyni zamanda AZAL 2000 manat, "Neftçala" I divizion klubu olduğundan, 200 manat cərimələnib. Bölgə klubu eyni zamanda 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 100 manat ziyana düşüb. 

    Bundan başqa ölkə kubokunda “Sumqayıt” - "Bakı" matçında meydan sahiblərindən Cəmil Hacıyev ikinci sarı vərəqə, qonaqlardan Nurlan Novruzov birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırılıb. Hacıyev 1 oyunluq cəza və 200 manat cərimə, Novruzov 2 oyunluq cəza v 2000 manat cəriməyə məruz qalıb. "Bakı" daha 1000 manat cəriməni 4 futbolçusunun sarı vərəqə alması üzündən ödəyəcək. 

    Nəhayət, Azərbaycan Kubokunda “Simurq”la görüşün 55-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Orxan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi