Yuxarı

AFFA İntizam Komitəsi "Araz Naxçıvan"ı Azərbaycan Premyer Liqasından kənarlaşdırıb

Klubun bütün oyunlardakı nəticələri ləğv edilib

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. "Report"un məlumatına görə, iclasda “Araz Naxçıvan” klubunun çempionatdan çıxması ilə bağlı müraciətə baxılıb.

11 noyabr 2014-cü il tarixli 1/40 saylı məktubla “Araz Naxçıvan” klubu fəaliyyətini dayandırması və növbəti turdan etibarən Topaz Premyer Liqasında çıxışını davam etdirməyəcəyi ilə bağlı Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. PFL məsələ ilə bağlı İntizam Komitəsinə müraciət edərək müvafiq qərarın çıxarılmasını xahiş edib. Komitə isə belə qərar qəbul edib: 

“Araz Naxçıvan” klubu 2014/2015 mövsümündə Topaz Premyer Liqasından və ölkə kubokundan xaric edilsin. Klub oyunların 50% -dən azında iştirak etdiyinə görə bütün oyunlardakı nəticələri ləğv edilsin. Bu qərar əvəzedici komandaya da şamil olunur.

Qeyd edək ki, "Araz Naxçıvan" Premyer Liqanın arxada qalan 11 turu ərzində yalnız "Neftçi"ni məğlub edə (3:0) və AZAL-la matçda heç-heçəyə (2:2) nail ola bilib. Qalan görüşlərdə isə baş məşqçi Əsgər Abdullayevin komandası məğlub olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi