​AFFA İntizam Komitəsi Topaz Premyer Liqasında çıxış edən 4 klubu cəzalandırıb

​AFFA İntizam Komitəsi Topaz Premyer Liqasında çıxış edən 4 klubu cəzalandırıb "Qəbələ", "Simurq", "Bakı" və AZAL cərimə ödəyəcək
Futbol
4 Noyabr , 2014 15:13
​AFFA İntizam Komitəsi Topaz Premyer Liqasında çıxış edən 4 klubu cəzalandırıb
Bakı. 4 noyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. "Report"un məlumatına görə, iclasda futbol üzrə Topaz Premyer Liqasının XI turunda qeydə alınan neqativ hallarla bağlı qərarlar verilib.

“Xəzər Lənkəran”la matçda 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün Zaqatalanın “Simurq” klubu 1000 manat cərimələnib. Eyni məbləğdə cəriməni “Bakı” ilə görüşdə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən "Qəbələ" klubu da ödəyəcək. Bu oyunun 90-cı dəqiqəsində “Bakı”nın futbolçusu Elşad Manafov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. 

“Neftçi” ilə matçın 82-ci dəqiqəsində Luis Ramos idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığından, Bakının AZAL klubu 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb. 

Son xəbərlər

Orphus sistemi