Yuxarı
    Bağlamaq

    AFFA İntizam Komitəsi "Şərurspor"un daha bir komandasını Azərbaycan çempionatından kənarlaşdırıb

    Səbəb kimi komandanın 3-cü dəfə çempionat oyununda iştirak etməməsi göstərilib

    Bakı. 4 aprel. REPORT.AZ/ "Şərurspor"un 19 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionatından kənarlaşdırılıb. 

    "Report"un məlumatına görə, bu haqda AFFA İntizam Komitəsi qərar qəbul edib. Səbəb kimi komandanın 3-cü dəfə çempionat oyununda iştirak etməməsi göstərilib. "Şərurspor" martın 29-da "Zirə" ilə səfər matçına yollanmayıb. İntizam Komitəsi kluba 0:3 hesablı texniki məğlubiyyət də verib. 

    Qeyd edək ki, bir müddət öncə "Şərurspor"un əsas komandası danışılmış oyunlarda iştirakı qismən sübuta yetirildiyi üçün Azərbaycan I Divizionundan kənarlaşdırlıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi