AFFA İntizam Komitəsi "Səbail" - "Neftçi" oyununda baş verənlərlə bağlı qərarını açıqlayıb

AFFA İntizam Komitəsi "Səbail" - "Neftçi" oyununda baş verənlərlə bağlı qərarını açıqlayıb AFFA İntizam Komitəsi Premyer Liqanın XIII turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
Futbol
4 Dekabr , 2019 13:32
AFFA İntizam Komitəsi Səbail - Neftçi oyununda baş verənlərlə bağlı qərarını açıqlayıb

AFFA İntizam Komitəsi Premyer Liqanın XIII turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Səbail” – “Neftçi” matçında meydan sahiblərinin futbolçusu Eltun Yaqublu ilə qonaqların meneceri Qədir Həsənov arasındakı mübahisə baş verdiyi üçün hər iki şəxsə xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə onları cəza gözləyir.

Oyun başa çatdıqdan sonra “Neftçi” klubunun azarkeşləri tərəfindən təhqiramiz ifadələr, qeyri-etik şüarlar səsləndiyinə görə klub 4000 manat cərimələnib. Komandanın baş məşqçisi Roberto Bordin 4-cü sarı vərəqəsini aldığına görə 1 oyun cəzalanıb.

Oyun başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimələnib.

“Keşlə” – “Sumqayıt” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. “Qəbələ” – “Zirə” görüşündə isə meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 800 manat ziyana düşüb.

Son xəbərlər

Orphus sistemi