AFFA İntizam Komitəsi "Səbail"in baş məşqçisini 5 oyunluq cəzalandırıb

AFFA İntizam Komitəsi "Səbail"in baş məşqçisini 5 oyunluq cəzalandırıb "Zirə" və "Kəpəz"in futbolçuları da diskvalifikasiya olunub
Futbol
16 May , 2018 12:23
AFFA İntizam Komitəsi Səbailin baş məşqçisini 5 oyunluq cəzalandırıb

Bakı. 16 may. REPORT.AZ/ AFFA İntizam Komitəsinin iclası keçirib. "Report"un məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasından "Səbail"in baş məşqçisi Samir Əliyevlə 2 futbolçuya cəza verilib. 

Əliyev XXVII turun “Neftçi” ilə səfər matçının 43-cü dəqiqəsində hakimlər briqadasını təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırılıb. İntizam Komitəsi onu 5 oyunluq cəzaya, klubunu 4000 manat cəriməyə məruz qoyub. 

"Zirə"nin futbolçusu Milan Düriç isə “Kəpəz”lə ev oyununun 9-cu dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alıb. Serbiyalı yarımmüdafiəçi 4 oyunluq cəzalanıb, klubu 3200 manat cərimə olunub. 

Oyunun 80-cı dəqiqəsində isə “Kəpəz”in futbolçusu Kamran Abdullazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Nəticədə Abdullazadə 1 oyunluq cəza, klub 200 manat cərimə ilə üzləşib. 

Son xəbərlər

Orphus sistemi