AFFA İntizam Komitəsi "Qarabağ" və "Kəpəz"in oyunçularını cəzalandırıb

AFFA İntizam Komitəsi "Qarabağ" və "Kəpəz"in oyunçularını cəzalandırıb İbrahim Şehiç və Dedimar Fereyra hərəyə 3 matçı buraxacaqlar
Futbol
22 Noyabr , 2017 13:16
AFFA İntizam Komitəsi Qarabağ və Kəpəzin oyunçularını cəzalandırıb
Report

Bakı. 22 noyabr. REPORT.AZ/ "Qarabağ" klubunun qapıçısı İbrahim Şehiç AFFA İntizam Komitəsinin 3 oyunluq cəzasına məruz qalıb. "Report"un  məlumatına görə, buna bosniya və herseqovinalı qolkiperin "Sumqayıt" komandası ilə Azərbaycan Premyer Liqasının XII tur matçında ağressiv davranışı səbəb olub. 

Oyunun 30-cu dəqiqəsində rəqib futbolçunu vuran Şehiç birbaşa qırmızı vərəqə alıb. İntizam Komitəsi bu ilin son iki, növbəti ilin isə ilk tur oyunundan kənarda qoymaqla yanaşı, "Qarabağ"ı 2400 manat cərimələyib. 

Bu görüşdə 5 futbolçusu sarı vərəqə alan "Sumqayıt" isə 800 manat ziyana düşüb. 

Daha bir cəza "Kəpəz" - "Səbail" oyunu ilə bağlı olub. Hər iki klubun 4 futbolçusu sarı vərəqə aldığı üçün onlara 800 manat cərimə kəsilib. 5-ci dəqiqədə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Dedimar Fereyra da 3 oyunluq cəzaya, klubu "Kəpəz" isə 2400 manat cəriməyə məruz qalıb. 

Son xəbərlər

Orphus sistemi