AFFA İntizam Komitəsi "Qarabağ" və AZAL klublarını cərimələyib

AFFA İntizam Komitəsi "Qarabağ" və AZAL klublarını cərimələyib Futbolçular klublarını ziyana salıb
Futbol
22 Noyabr , 2016 14:10
AFFA İntizam Komitəsi Qarabağ və AZAL klublarını cərimələyib

Bakı. 22 noyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

"Report"un məlumatına görə, toplantıda Premyer Liqa ilə bağlı 2 qərar verilib.

XII turun “Kəpəz”lə matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “Qarabağ” 800 manat cərimə olunub.

“İnter”lə qarşılaşmanın 68-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq, meydandan qovulan AZAL-ın legioneri Brayn Fok 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb. 

Son xəbərlər

Orphus sistemi