AFFA İntizam Komitəsi "Qarabağ" - "Neftçi" matçında hakimin qərarını ləğv edib

AFFA İntizam Komitəsi "Qarabağ" - "Neftçi" matçında hakimin qərarını ləğv edib Qonaq komanda azarkeşlərinə görə ziyana düşüb
Futbol
31 Yanvar , 2017 12:40
AFFA İntizam Komitəsi Qarabağ - Neftçi matçında hakimin qərarını ləğv edib

Bakı. 31 yanvar. REPORT.AZ/ AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XV turun "Qarabağ" - "Neftçi" oyununda baş vermiş olaylarla bağlı qərarlarını açıqlayıb. 

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, 20-ci dəqiqədə qonaq komanda azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün paytaxt klubu 800 manat cərimələnib.

67-ci dəqiqədə “Neftçi”nin futbolçusu Rəhman Hacıyevə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakimin epizodu düzgün qiymətləndirməməsi səbəbindən ləğv olunub.

Oyun bitdikdən sonra müəyyən olunub ki, “Neftçi” azarkeşləri tərəfindən stadionun 9 oturacağı sındırılıb və yararsız vəziyyətə düşüb. Dəymiş zərərə uyğun olaraq “Qarabağ” klubunun təqdim edəcəyi məbləğ “Neftçi” tərəfindən ödənilməlidir. 

Qeyd edək ki, oyun heç-heçə nəticələnib - 1:1.  Görüşü Ramil Diniyev idarə edib. 

Son xəbərlər

Orphus sistemi