AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib Ağdam təmsilçisi 800 manat ziyana düşüb
Futbol
29 Noyabr , 2017 12:54
AFFA İntizam Komitəsi Qarabağ klubunu cərimələyib

Bakı. 29 noyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib. 

"Report"un məlumatına görə, buna Ağdam komandasının 4 futbolçusunun "Zirə" ilə Azərbaycan Premyer Liqasının XIII tur matçında sarı vərəqə alması səbəb olub. 

Qərara əsasən, kluba 800 manat cərimə kəsilib. Səfər oyunu "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.  

Qeyd edək ki, bu, İntizam Komitəsinin Premyer Liqanın ötən turu ilə bağlı tətbiq etdiyi yeganə cəza olub. 

Son xəbərlər

Orphus sistemi